“Fitch Ratings” Rusiyanın 32 bankının reytinqini endirdi

Fitch Ratings Beynəlxalq reytinq agentliyi Rusiyanın 32 bankının reytinqini aşağı salıb.

Bu qərar Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı qəbul olunub. "Sberbank", "Qazprombank", "Alfa-Bank", "Tinkoff-bank", "Rayffayzenbank", "Houm Kredit" və digər banklar bu siyahıda yer alıb.

Reytinqin endirilməsi Rusiyanın suveren reytinqinin BBB-dən B səviyyəsinə endirilməsi ilə bağlıdır.

Analoji qərar həmçinin Rusiyanın 20 regionunun hakimiyyət orqanları üçün də qəbul olunub. Moskva, Moskva vilayəti, Peterburq, Krasnoyarsk, Stavropol, Altay diyarı, Sverdlovsk vilayəti, Tatarısan, Novosibirsk və s regionalarının reytinqi endirilib.Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31