“Samsung” Rusiyaya məhsullarını göndərməyi dayandırdı

"Samsung" şirkəti yaranmış geopolitik vəziyyətə görə, Rusiyaya məsul göndərməyi dayandırıb.

Bu barədə şirkətdən Bloomberg Agentliyinə bildiriblər. Şirkət Rusiyanın Ukraynaya qarşı müharibəsini fəal şəkildə izlədiklərini deyib.

"Samsung çiplərdən tutmuş smartfonlara və məişət avadanlığına qədər bütün məhsullarını Rusiyaya göndərməyi dayandırıb"-deyə şirkətlə bağlı mənbə Agentliyə deyib.

"Bizim düşüncəmiz zərər çəkənlərin yanındadır. Prioritetimiz əməkdaşlarımızın və ailələrinin təhlükəsizliyini təmin etməkdir"-Samsungun bəyaantında deyilir.

Şirkət regionda humanitar tədbir olaraq 6 milyon dollar ianə verəcəyini açıqlayıb.

Samsung Rusiya bazarında əsas smartfon satıcısı olaraq 30 faizdən çox payı olan şirkətdir.Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31