11 yaşlı uşağa əxlaqsızlıq edən deputat hakim qarşısında

Primorsk diyarının deputatı Artem Samsonov pedofiliya işi üzrə mühakimə olunacaq - prokurorluq ittiham aktını təsdiqləyib.

Lenta.ru  xəbər verir ki, deputat iki il əvvəl Vladivostokdakı istirahət mərkəzinin ərazisində olarkən 11 yaşlı uşağa seksual əşya göstərərək onun nə üçün istifadə edildiyini deyib. Samsonov 2021-ci il noyabrın 17-də saxlanılıb. Təqsirləndirilən şəxs təqsirini boynuna almayaraq, aparılan istintaq hərəkətləri ilə razılaşmadığını bildirərək aclıq aksiyasına başlayıb.

"İnterfaks"ın məlumatına görə, Rusiya Federasiyası Kommunist Partiyasının Primorski şöbəsi hesab edir ki, Samsonova qarşı işin başlanması siyasi xarakter daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31