Gürcü hərbçilər Rusiyaya QARŞI ÇIXDI – Bu əraziləri geri almaq üçün HƏRƏKƏTƏ KEÇDİLƏR

8 il Donbasda Rusiya işğalçılarına qarşı vuruşan gürcü döyüşçüləri Putinin Ukrayna ilə müharibə ilə məşğul olduğu bir vaxtda Rusiya Federasiyasının zəbt etdiyi Gürcüstan torpaqlarını öz vətənlərinə qaytarmağa hazır olduqlarını bəyan ediblər.

KAİM.az xəbər verir ki, martın 4-də Ukrayna sosial şəbəkələrində gürcü həmyerlilərinə müraciət yayılıb.

"Gürcü qardaşlar, bu gün Ukraynada çox qızğındır. Siz də bu barədə bilirsiniz. Bizim torpaqlarımızı, Abxaziya və Samaçablo regionlarımızı qaytarmaq üçün unikal şansımız var. Biz gürcülər, Ukraynanın azadlığı uğrunda daha çox mübarizə aparmışıq. 8 ildən çoxdur ki, Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək üçün Gürcüstanın azadlığı uğrunda mübarizəyə hazırıq.Ona görə də biz sizi silaha sarılmağa və düşmənə zərbə endirməyə çağırırıq.Bizim bir daha belə unikal imkanımız olmayacaq.Gürcüstana eşq olsun! ", - gürcü hərbçilər belə deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31