“Rusiya Ukraynada sülh istəyən hər kəslə dialoqa açıqdır” – Putin

"Rusiya Federasiyası Ukrayna tərəfi ilə, eləcə də bu ölkədə sülh istəyən hər kəslə dialoqa açıqdır".

Olaylar.az bildirir ki, Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefon danışığı zamanı bildirib.

"Ümid edilib ki, danışıqların planlaşdırılan üçüncü raundu zamanı Kiyev nümayəndələri ağlabatan və konstruktiv mövqe tutacaqlar", - deyə Kremlin məlumatında bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31