“Ukraynada müharibə tezliklə bitməyəcək” – ABŞ dövlət katibi

"Rusiyanın Ukraynaya qarşı müharibəsi tezliklə bitməyəcək, ona görə, prezident Putinə təzyiqi davam etdirmək lazımdır".

Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Blinken Avropa komissiyasının prezidenti Ursula fon Lyaenlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Təəssüf ki, bu tezliklə bitməyəcək. Ona görə birgə ortaya qoyduğumuz səylərlə onları dəstək verməliyik. Biz gərək məsələnin mahiyyətinə keçək"-deyə Blinken bildirib.

Dövlət katibi qeyd edib ki, Putinin fəaliyyətinə qarşı aparılan səyləri dayandırmaq lazım deyil. "Müharibə bitməyənə qədər, Putin dayanmayana qədər bu addımları dəstəkləməliyik. Rusiya qüvvələri gedəcək, Ukrayna xalqı öz ərazi bütövlüyünü bərpa edəcək. Biz bunu etməkdə qərarlıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31