Ukraynada döyüşlərdə Rusiyanın ən azı üç yüksək rütbəli komandiri öldürülüb
4 Mart 2022 21:29 DünyaUkraynada döyüşlər zamanı Rusiyanın ən azı üç yüksək rütbəli komandiri öldürülüb.
Olaylar.az BBC-yə istinadən bildirir ki, Qərb rəsmiləri Rusiyanın 41-ci ümumqoşun ordusunun komandirinin müavininin snayper atəşi ilə qətlə yetirildiyini, daha bir diviziya komandiri və bir alay komandirinin də döyüşlərdə həlak olduğunu bildiriblər.
Qeyd olunub ki, öldürülən komandirlər hərbi əməliyyatlara daha çox nəzarət etmək, bəzi hallarda isə dayanmış əməliyyatları hərəkətə gətirmək məqsədi ilə döyüşlərin baş verdiyi ərazinin yaxınlığına gediblər.
Bildirilib ki, öldürülən komandirlər döyüş meydanında şəxsən iştirak etməyə çalışıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31