Ukrayna böhranına görə Misirin taxıl idxalı təhlükə altında

Rusiyanın Ukraynaya hücumu Misirin taxıl tədarükünə ciddi zərbə vurub.

Olaylar.az xəbər verir ki, bu barədə Misirin Təchizat Baş İdarəsi məlumat yayıb.

Hazırda Misirin sifariş etdiyi taxıl yüklü gəmilər Qara dəniz sahillərində qalıb. Onların bəzilərinin aqibəti isə məlum deyil. Misirin taxıl idxalatının 30 faizi Ukraynadan həyata keçirilir və ölkədə bu sahədə ciddi böhran yarana bilər.

Misirin Baş Təchizat İdarəsinin əməkdaşı jurnalistlərə müsahibəsində bildirib ki, hazırda Ukraynadan idxal edilməli olan 42 min 500 ton taxılı yola salmaq mümkün olub, lakin Ukraynadan 300 min ton və Rusiyadan 120 min ton taxılın tədarükü şübhə altındadır. Bu ayın sonunadək Ukraynadan gətiriləcək 180 min ton taxıl isə ölkənin tələbatını ödəməyə yetməyəcək. Digər tərəfdən, qlobal böhranla əlaqədar günbəgün artan qiymətlər vəziyyəti daha da gərginləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31