Türkiyə də Rusiyaya hava məkanını bağlayır? - XİN
4 Mart 2022 18:47 DünyaTürkiyə Rusiya üçün hava məkanını bağlamayacaq.
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Ankara Rusiya üçün hava məkanını bağlamayacaq. Türkiyənin hava məkanının açıq olması strateji və humanitar baxımdan önəmlidir", - XİN başçısı vurğulayıb.
Çavuşoğlu həmçinin əlavə edib ki, Ankara həm Rusiya, həm də Ukrayna ilə əlaqələri davam etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31