Ukraynaya 217 ton müxtəlif humanitar yüklər çatdırılıb
4 Mart 2022 18:58 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynaya 200 tondan çox humanitar yük çatdırılıb, 20 humanitar aksiya keçirilib.
Bu barədə martın 4-də Rusiya Federasiyasının Müdafiəyə Nəzarət Milli Mərkəzinin (NTsUO) rəhbəri, general-polkovnik Mixail Mizintsev məlumat verib.
"Humanitar yardımın toplanma məntəqələrində toplanması davam edir, artıq 12 min tondan çox yığılıb. 217 ton müxtəlif humanitar yük Ukraynaya çatdırılıb, 20 humanitar aksiya həyata keçirilib".
Onun sözlərinə görə, "bu gün Kiyev, Sumı, Xarkov, Xerson vilayətlərində, eləcə də Donetsk və Luqansk xalq respublikalarında 35 humanitar aksiyanın keçirilməsi planlaşdırılır ki, bu aksiyalar zamanı işğaldan azad edilmiş rayonların əhalisinə 280 ton zəruri əşyalar ötürüləcək. . Söhbət həm də qida və dərmanlardan gedir", - Mizintsev bildirib.
O xatırladıb ki, bir gün əvvəl Sumı, Xarkov və Xerson vilayətlərində 16 humanitar aksiya keçirilib, bu aksiyalar zamanı işğaldan azad edilmiş rayonların əhalisinə 165 ton zəruri əşyalar, dərman preparatları və ərzaq təhvil verilib.