Rusiya: Ukraynada 1812 hərbi infrastruktur obyekti məhv edilib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynada 1812 hərbi infrastruktur obyektinin məhv edildiyini açıqlayıb.

Paytaxt Moskvada jurnalistlərə açıqlama verən Konaşenkov Rusiya ordusunun Ukraynanın Kramatorsk şəhərinə doğru irəlilədiyini və Nazarovka, Kuybışevo, Kalinin və Novohrihorivka yaşayış məntəqələrini nəzarətə götürdüyünü bildirib.

Ukraynanın Mariupol şəhəri ətrafında mühasirə dairəsinin daralmaqda davam etdiyini qeyd edən Konaşenkov Enerhodar şəhərinin və Zaporojye Atom Elektrik Stansiyasının nəzarət altında olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31