Putin: Bizə qarşı daha sanksiya tətbiq etməyin

Prezident Putin Rusiyanın Ukraynadakı hərəkətlərinə qarşı çıxanlara xəbərdarlıq edib ki, ölkəsinə qarşı daha çox məhdudiyyətlər tətbiq edərək, "vəziyyəti gərginləşdirməyin".
                                                                                                                                                                                           olaylar.az xəbər verir ki, Rusiya prezidenti dövlətin nəzarətində olan "Rossiya 24" xəbər kanalında yayımlanan hökumət iclasındakı çıxışında iddia edib ki ,"Bizim qonşularımıza qarşı heç bir pis niyyətimiz yoxdur".

Və o, hökumətinin qonşularının "münasibətlərimizi daha da pisləşdirəcək" əlavə tədbirlər görməsinə "lazım olmadığını" deyir.

O əlavə edib ki , "Hesab edirəm ki, hamı münasibətləri necə normallaşdırmaq, normal əməkdaşlıq etmək və münasibətləri normal inkişaf etdirmək barədə düşünməlidir".

Bu , Qərbin müxtəlif ölkələrinin, xarici işlər nazirlərinin, Rusiyaya təzyiqi necə davam etdirəcəyini düşünmək üçün Brüsselə toplaşdığı vaxta təsadüf edir.

Putin həmçinin əvvəlki iddiasını təkrarlayır ki, Rusiya ordusu tərəfindən indiyədək atılan bütün addımlar "yalnız Rusiya Federasiyasına qarşı bəzi qeyri-dost hərəkətlərə cavab olaraq" edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31