Villalara və lüks mənzillərə qaçqınlar yerləşdiriləcək - RƏSMİ QƏRAR
4 Mart 2022 15:15 DünyaBöyük Britaniyanın hakimiyyət dairələri Ukraynadan ölkəyə gəlmiş qaçqınları Rusiya Federasiyasından olan oliqarxların mənzillərində, villalarında və apartamentlərində yerləşdirəcək.
Olaylar.az The Times-a istinadən bildirir ki, Ukraynadakı müharibə səbəbindən Qərbin Rusiyaya tətbiq etdiyi sankisyalar çərçivəsində RF vətəndaşı olan bir sıra şəxslərin Britaniyadakı bank hesabları dondurulub, daşınmaz əmlakları müsadirə prosesindədir.
Rusiyalı oliqarxlar Britaniya yurisdiksiyasında olan ərazi sularında və limanlardakı lüks yaxtalarını da itirmək ərəfəsindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31