Almaniyanın xarici işlər naziri Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edəcək

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynadakı hərbi əməliyyatlar fonunda Rusiyaya qarşı artıq razılaşdırılmış sanksiyalar sonuncu olmaya bilər. 

Bu barədə  martın 4-də  Brüsseldə Almaniyanın xarici işlər naziri Annalena Burbok bildirib.

"Artıq razılaşdırılmış üç sanksiya paketinə əlavə olaraq, biz Putinin güc mərkəzini hədəfə alacaq əlavə tədbirlər görəcəyik", - DPA Burbokdan sitat gətirib .

Fevralın 24-də Rusiya Federasiyasının prezidenti Donbass respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq xüsusi hərbi əməliyyat elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsədlər ölkənin demilitarizasiyası və denazifikasiyasıdır. Bundan sonra ABŞ, Aİ, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31