Belarus İnformasiya Nazirliyi iki Ukrayna saytına girişi məhdudlaşdırıb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Belarusun İnformasiya Nazirliyi ekstremist materialların yerləşdirilməsinə görə Ukraynanın RBC agentliyinin saytına və Inforesist portalına girişi məhdudlaşdırıb. 

Bu barədə Belarus nazirliyinin saytında deyilir.

"İnformasiya Nazirliyi 2022-ci il martın 3-də Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 38-ci maddəsinə zidd olaraq ekstremist materialların yerləşdirilməsi ilə bağlı çoxsaylı faktları aşkar edən Ukraynanın "rbc.ua" və "inforesist.org" internet resurslarına girişin məhdudlaşdırılması barədə qərar qəbul edib", - deyə məlumatda bildirilir.

Nazirlik xatırladıb ki, "Ukraynada baş verən hadisələrlə bağlı müxtəlif saxta məlumatların aktiv şəkildə yayılması kontekstində İnformasiya Nazirliyi bir daha Belarus vətəndaşlarından informasiya düzgünlüyünə riayət etməyi və informasiya mənbələrinin seçiminə dəqiq yanaşmağı xahiş edir"-deyə qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31