Rusiya qoşunları Ukraynanın Jitomir şəhərində məktəbə zərbələr endirib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın Fövqəladə Hallar Xidməti Rusiya hərbçilərinin Ukraynanın Jitomir şəhərində məktəbi vurduğunu bildirib.

Rusiya ordusu yerli vaxtla saat 09:35 radələrində Ukraynanın Jitomir şəhərindəki məktəbi hədəfə alıb.

Küçədəki məktəbə edilən hücumda binanın yarısı çöküb.

Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada hücumda ölən və yaralananların olmadığı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31