Ermənilər ukraynalıları güllələyir - VİDEO
4 Mart 2022 12:14 Dünya"Onların hamısını axırına çıxacağıq. Bizimlə bacaran deyillər".
Rusiyada yaşayan erməni mediamaqnat Aram Qabrelyanovun yaratdığı və maliyyələşdirdiyi "WarGonzo" layihəsinin aparıcsı Semyon Peqovun son videolarından birinin "qəhrəman"ı olan erməni belə deyir.
"Sos" kimi təqdim edilən 45 yaşlı Samvel Mnasakanyan Ukraynanın Donetsk vilayətindəki qondarma "Donetsk Xalq Respublikası" rejiminin silahlı birləşmələrindən olan "Sparta" batalyonunun mənsubudur.
O, kəşfiyyat-diversiya taqımının komandiridir.

Video isə Ukraynanın Mariupol şəhərinin "Vostoçnı" mikrorayonunun həndəvərində, Vinoqradnoe qəsəbəsində çəkilib.
S.Mnasakanyan tək deyil.
Donetsk və Luqansk vilaytələrindəki separatçı rejimlərin silahlı birləşmələrinin tərkibində təqribən 40 erməni döyüşür.
... Ukraynalıları təhqiramiz, aşağılayıcı şəkildə "ukrlar" adlandıran S.Mnasakanyan deyib: "Bizi hədəfə alırlar. Amma biz onları güllələyirik. Tələsmirik, metr-metr irəliələyirik. Hamısının axırına çıxacağıq".
Milli.Az