Ukraynaya bu ölkədən də raket atılıb- ABŞ
4 Mart 2022 10:25 DünyaUkrayna ərazisinə atılan 480 raketin 70-i Belarusdan buraxılıb. Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Ukrayna ərazisinə gətirdiyi mobil buraxılış qurğularından 230 raket, Rusiya ərazisindən 160, Belarusdan 70 və Qara dənizdəki Rusiya gəmilərindən 10 raket buraxılıb.
"Biz şimal və şərqdəki şəhərlərin, yəni Kiyev, Çerniqov və Xarkovun güclü bombardmanını müşahidə edirik. Biz hesab edirik ki, hələ də Rusiya qüvvələri şimalda toplanıb", - məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31