Ruslar Ukraynada atom elektrik stansiyasına hücum etdi - təcili Bayden Zelenski ilə danışdı

Ukrayna Fövqaladə Hallar Xidməti Rusiya ordusunun Zaporojye atom elektrik stansiyasına (AES) hücumu haqqında operativ məlumat yayıb.

Məlumatda bildirilir ki, AES-in qarşısındakı təlim binasında yanğın baş verib. Döyüş davam etdiyindən yanğınsöndürənlərin onu  söndürülməsinə imkan verilməyib. Xilasedicilər hazır vəziyyətdədir.

Saat 02:26-da Enerqodar şəhərində Zaporojjya AES-də üçüncü enerji bloku vahid enerji sistemindən ayrılıb.

"İşğalçılar Avropanın ən böyük atom elektrik stansiyasına bu həyasız hücuma görə ağır cəzalandırılacaqlar!", -məlumatda deyilir.

Reuters xəbər verir ki, Bayden Zelenski ilə telefon danışığı aparıb. Bayden və Zelenski telefon danışığı zamanı Zaporojye atom elektrik stansiyası ətrafındakı vəziyyəti müzakirə ediblər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31