“Skoda” da Rusiyada fəaliyyətini dayandırdı

Çex avtomobil nəhəngi "Skoda" Ukraynadakı hadisələrlə əlaqədar Rusiyadakı fəaliyyətini dayandırır.

Olaylar.az xəbər verir ki, bu barədə şirkətin saytı məlumat yayıb.

"Rusiyanın Ukraynaya hücumu və onun nəticələri fonunda "Volkswagen" konserninin rəhbərliyi "Skoda" da daxil olmaqla, dərhal və vəziyyət nizamlanana qədər Rusiyada sərnişin avtomobillərinin istehsalını dayandırmağa qərar verildi. Bu qərar Kaluqa və Nijni Novqoroddakı "Skoda" zavodlarına aiddir. Biz Rusiyaya avtomobillərin ixracını da dərhal dayandırırıq" - açıqlamada qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31