"Bundan sonra nəyin necə olacağını heç kim bilmir" - Maksim Şevçenko
3 Mart 2022 22:42 DünyaSon həftə ərzində Moskva və bütün Rusiya sakinlərinin həyatı çox güclü şəkildə dəyişdi, hətta məhv oldu.
Olaylar.az bildirir ki, bunu "BakuTV"yə açıqlamasında tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko bildirib.
O, insanların kütləvi şəkildə Azərbaycan, Gürcüstan və ya Türkiyəyə getməyə çalışdığını bildirib.
"Hökümət heç nəyi izah etmir. Camaat bundan sonra nəyin necə olacağını bilmir. Hamı böyük şok keçirir və çaşqınlıq vəziyyətindədir", - deyə Şevçenko vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31