Aleksandr Lukaşenko Rusiya ilə sazişi təsdiqləyib
3 Mart 2022 21:10 DünyaBelarus prezidenti Aleksandr Lukaşenko Belarus və Rusiya arasında gömrük qanunvericiliyinin uyğunlaşdırılması və gömrük sahəsində əməkdaşlıq haqqında saziş layihəsini danışıqlar üçün əsas kimi təsdiqləyib.
Olaylar.az bu barədə TASS-a istinadən məlumat verir.
"Belarus Dövlət Gömrük Komitəsi bu saziş layihəsini müzakirə etmək və təsdiq edilmiş layihə çərçivəsində razılıq əldə olunarsa, onu imzalamaq səlahiyyətinə malikdir", - prezidentin mətbuat xidməti bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31