“Moskva danışıqlara hazırdır” - Rusiya XİN
3 Mart 2022 20:26 Dünya"Əgər Ukraynanın Rusiya ilə danışıqlar aparmaq arzusu varsa, o zaman Moskva buna hazırdır".
Olaylar.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Əgər danışıqlardan danışırıqsa, o zaman tərəfin heç olmasa bunda iştirak etmək istəyi olmalıdır. Çünki görürsünüz ki, onlar bəyanatlarında nə qədər qərarsızdırlar- ya iştirak etmək istəyirlər, ya da iştirak etmək istəmirlər. Onların danışmaq və danışıqlar aparmaq istəyi varsa, biz lap əvvəldən buna hazırıq", - Zaxarova qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31