"Dünyaya göstərin ki, Rusiya danışıqlara ciddi yanaşır" - Dmitro Kuleba
3 Mart 2022 20:19 Dünya"Rusiyanın barbar müharibə taktikası özünün vurduğu mülki insanların mərzu qaldığı əzabları manipulyasiya etməkdir".
Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba "Twitter" səhifəsində yazıb.
"İndi Lavrov (Rusiyanın xarici işlər naziri Sergey Lavrov - red.) Ukraynanı mülki əhalinin təxliyəsinin qarşısını almaqda ittiham edir. Rəhbərinizə deyin ki, Ukrayna şəhərlərini heç bir fərq qoymadan atəşə tutmağı dayandırsın. Dünyaya göstərin ki, Rusiya danışıqlara ciddi yanaşır", - deyə Kuleba bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31