Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
3 Mart 2022 18:44 DünyaAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 570 yeni yoluxma faktı qeydə alınıb, 1784 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 787 937 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 771 530 nəfər müalicə olunaraq sağalıb, 9473 nəfər vəfat edib, aktiv xəstə sayı 6934 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6847, ötən müddət ərzində isə ümumilikdə 6 579 163 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31