Parisdə metro stansiyasının adı Ukrayna müharibəsinə görə dəyişdirildi - VİDEO
3 Mart 2022 17:27 DünyaParisdə "Stand with Ukraine" hərəkatının dəstəyi ilə "Avropa" metro stansiyasının adı dəyişdirilərək "Avropa-Ukrayna" adlandırılıb.
Olaylar.az bu barədə Korrespondent-ə istinadən xəbər verir.
Belə ki, martın 1-də Ukrayna xalqı ilə həmrəylik əlaməti olaraq bir qrup rəssam Paris metrosunun üçüncü xəttində yerləşən stansiyanın adını müvəqqəti olaraq dəyişdirib.
Aksiyada "Stand with Ukraine" təşkilatının avropalı rəssamları, o cümlədən Ukrayna mədəniyyət xadimləri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31