Parisdə Rusiya səfirliyinə boya atıldı - VİDEO

Naməlum şəxslər Rusiyanın Fransadakı səfirliyinin binasının üzərinə boya atıblar.

Olaylar.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Parisin Lann bulvarında yerləşən Rusiya səfirliyinin binasına qırmızı, mavi və sarı rəngli boyalar atılıb.

Diplomatik nümayəndəliyin mühafizəsi gücləndirilib, bina bir neçə tərəfdən polis patrulları tərəfindən qorunur.

Səfirliyin qarşısında, həmçinin metal hasar yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31