"Öz süpürgənizlə kosmosa uçun" - Roqozin ABŞ-ı hədələdi
3 Mart 2022 14:56 DünyaRusiyanın "Roskosmos" dövlət korporasiyasının rəhbəri Dmitri Roqozin bildirib ki, Rusiya ABŞ-ın müdafiə sektoru və dağ-mədən sənayesi müəssisələrinə qarşı sanksiyalarına cavab verəcək.
Olaylar.az xəbər verir ki, "yaxşı, sabah sizə cavab verəcəyik. "Qoy öz süpürgələrində kosmosa uçsunlar. Qana-ana, dişə-diş", - deyə Telegram kanalında yazıb. Bundan əvvəl Ağ Ev Rusiyanın neft emalı sənayesinə ixrac məhdudiyyətləri tətbiq etdiyini bildirmişdi. ABŞ prezident administrasiyasının fikrincə, tədbirlər amerikalı istehlakçıların mənafelərinin qorunmasına kömək edəcək. Bundan əvvəl ABŞ prezidenti Co Bayden Rusiya iqtisadiyyatının sanksiyalardan itkilərini açıqlamışdı. ABŞ prezidenti Konqresə müraciətində rublun dəyərinin 30%-ni itirdiyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31