Ukraynalı qaçqınları daşıyan avtobus aşdı, yaralılar var
3 Mart 2022 14:32 DünyaPolşanın şərqində ukraynalı qaçqınları daşıyan avtobus aşıb.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verib.
Qreben sərhəd keçidindən Lüblinə gedən avtobusda 73 nəfər, o cümlədən 2 sürücü olub. 5 nəfər, o cümlədən 4 uşaq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, son yeddi gün ərzində Polşaya 600 minə yaxın ukraynalı qaçqın keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31