Bu gün bir-birinizə güzəştə gedin!!! - Sobçak
3 Mart 2022 14:17 DünyaRusiyalı teleaparıcı və ictimai xadim Kseniya Sobçak "Exo Moskı" saytındakı bloqunda kiçik mətn dərc edib.
Olaylar.az xəbər verir ki, "Vladimir və Vladimir! Bir-birinizə güzəştə gedin..." adlı yazı Rusiya və Ukraynanı sülhə çağırır:
"İndi ən vacibi - bugünkü danışıqlar bu dəhşətə son qoysun.
Dünya fəlakət astanasındadır.
Yadımdadır ki, 1988-ci ildə "Dear Mr President we do not want war" mahnısı öyrənib Reyqana məktub yazmışdım, çünki ölümümədək atom müharibəsindən qorxurdum...
İndi mən yetkin insanam, amma qorxu eynidir.... Burada yazıram...
Qlobal geosiyasi maraqlar milyonlarla insanın sadə, dinc həyatından vacib ola bilməz!!
Vladimir və Vladimir! Bu gün bir-birinizə güzəştə gedin!!!
Xahiş edirəm!
Uşaqlarınızın xətrinə!
Və bizimkilərin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31