Kiyevə, Xarkova, Mariupola hucum davam edir, dənizdən desant çıxarılır – Baş Qərargah rəsmi məlumat yaydı

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibənin 8-ci gününü nəticələri ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, Rusiya ordusu bu gecə yaşayış məkanlarını və böyük şəhərləri atəşə tutub.

Rusiya qoşunu Kozaroviçi, Vışqorod, Fastov, Obuxov məntəqələrində hucuma keçməyə çalışır. Borodyanki, Katyujniki və Qavronişi rayonlarında logistik düşərgələr salıb.

Çerniqovda, Nejində, Axtırkada uğur qazana bilməyən Rusiya ordusu Kiyevin şimalına çıxmağa çalışır. Kiyev və digər şəhərlər raket-bomba zərbələrinə məruz qalır.

Rusiya ordusunun hissələri Barışevka, yeni Basan və Lyubeç yaşayış məntəqələrində cəmləşib. Slobojanksi istiqamətində Rus ordusu Zoloçev, Xarkov rayonlarına doğru hucum əməliyyatı keçirir.

"Düşmən fəlakətli dərəcədə texnika və şəxsi heyətə ehtiyacı yaranıb".

Donetsk istiqamətində Rusiya yeni Aydar, Mariupol rayonlarına hucumları davam etdirir.

Rus ordusu Zaparojye və Mariupol ətrafını tutmaqla Donetskin və Luqanskın inzibati sərhədinə çıxmağa çalışır, amma buna nail ola bilmir.

Yeni ehtiyat qüvvələri gəldikdən sonra Rusiya Nikolayev istiqmətində hucumları davam etdirir.

Qara dənizdən mülki gəmilər atəşə tutulur, dənizçilər əsir alınır. Qara dəniz akvatoriyasında 4 böyük desant gəmisinin və 3 raket katerinin Odessaya doğru hərəkəti müşahidə olunur.

Balovne məntəqəsinə çıxarılan azsaylı desant qrupu məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31