Xarkov yenə vuruldu, 8 dinc sakin öldü - VİDEO

Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində çoxmərtəbəli binaya və bir yaşayış evinə aviazərbə endirilib.

Olaylar.az  "Strana" nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı İzyum şəhərinin merinin müavini Vladimir Maçokin açıqlayıb.

Onun sözlərinə görə, hadisə martın 2-dən 3-nə keçən gecə baş verib.

Bildirilir ki, zərbə nəticəsində evdə olan 8 nəfər həlak olub. Onlardan 2-si uşaqdır. Sosial şəbəkələrdə hadisənin videogörüntüləri yayılıb.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31