Amerikanın texnologiya nəhəngi Rusiyadakı fəaliyyətini dayandırdı
3 Mart 2022 00:10 DünyaAmerikanın "Oracle" texnologiya şirkəti Ukrayna ətrafında vəziyyətin gərginləşməsi fonunda Rusiyadakı işini dayandırıb.
Olaylar.az xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda deyilir:
""Oracle"ın bütün dünya üzrə 150 000 işçisi adından və həm Ukraynanın seçilmiş hökumətinə, həm də onun xalqına dəstək olaraq, Oracle Korporasiyası artıq Rusiya Federasiyasındakı bütün fəaliyyətini dayandırıb".
Qeyd edək ki, "Oracle" şirkəti 1977-ci ildə təsis edilib və baş ofisi Texas ştatının Ostin şəhərində yerləşir. Şirkət dünyanın ən böyük proqram istehsalçılarından biridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31