Əgər Putin öz hərəkətlərini ikiqat etsə... - Boris Conson
2 Mart 2022 20:49 DünyaRusiya Prezidenti Vladimir Putinin Ukraynadakı hərəkətləri müharibə cinayəti kimi qiymətləndirilir.
Olaylar.az xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Boris Conson deyib.
Conson parlamentdəki çıxışında Putinin qoşunlarının Ukraynada mülki əhalini hədəfə aldığını və Ukraynanın işğala cavabını ciddi şəkildə səhv hesabladığını bildirib:
"Əgər Putin öz hərəkətlərini ikiqat etsə, biz də iqtisadi təzyiqi daha da artıraraq, Ukraynanı maliyyə, silah və humanitar yardımla dəstəkləyəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31