Kiyevdə humanitar dəhlizə təcili ehtiyac var - Ümumdünya Səhiyyə Təşkilatı
2 Mart 2022 20:44 DünyaÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) Kiyevdə humanitar dəhlizin açılmasını zəruri sayır.
Olaylar.az xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. "Ukrayna paytaxtında ehtiyacı olanlara yardım göstərmək üçün humanitar dəhlizə təcili ehtiyac var. Bu tədbir humanitar işçilərin təhlükəsiz və davamlı çıxışını, ehtiyacı olan insanlara təmin etmək üçün tələb olunur", - Qebreyesus bildirib.
Humanitar dəhliz böhran bölgəsinə humanitar yardımı və ya oradan qaçqınların təhlükəsiz tranzitini təmin etmək üçün nəzərdə tutulmuş müvəqqəti silahsızlaşdırılmış zonadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31