"Mariupol unutmayacaq və bağışlamayacaq" - AÇIQLAMA

14 saat ərzində rus işğalçıları Mariupolu atəşə tutmaqda və dinc sakinləri öldürməkdə davam edir.

Olaylar.az xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.

"Doğum evi və onlarla yaşayış binasına xeyli ziyan dəyib. Məktəb və miqrantlar üçün yataqxana dağıdılıb. Ruslar əsl qanlı terror törətdilər. Mariupol unutmayacaq və bağışlamayacaq", - açıqlamada bildirilib.

Qeyd olunub ki, müharibə başlayandan Mariupolun atəşə tutulması nəticəsində 138 mülki şəxs yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31