“Putin Ukraynanı üç günə ələ keçirəcəyini gözləyirdi” - FOTO + VİDEO
2 Mart 2022 20:31 DünyaKönüllü olaraq təslim olan rus hərbçilərdən biri deyib ki, Rusiya Prezidenti Vladimir Putin üç günə Ukraynanı ələ keçirəcəyini gözləyirdi.
Olaylar.az xəbər verir ki, o, bu barədə Ukrayna təhlükəsizlik xidməti tərəfindən yayımlanan videoda danışıb.
"Bizə dedilər ki, marşrut üzrə yürüş edəcəyik. Üç günlük su və yemək götürdük. Üç günə düşərgəyə qayıtmalı idik", - rusiyalı hərbçi deyib.
Onun sözlərinə görə, hərbçilərdən telefonlar və sənədlər götürülüb, ailələri ilə əlaqələri yoxdur. Məhbus qeyd edib ki, Ukraynada müharibə gedir, dinc sakinlər ölür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31