Rusiyanın enerji sektorunu hədəf alan sanksiyalar gözlənilir

Ağ Evin mətbuat katibi Cen Psaki Rusiya-Ukrayna müharibəsi səbəbiylə Rusiya iqtisadiyyatını hədəf aldıqları sanksiyalarla bağlı açıqlama verib.

Olaylar.az xəbər verir ki, Psaki ABŞ və Qərb ölkələrinin Rusiyanın enerji sektorunu hədəf alan sanksiyalar tətbiq edib-etməyəcəyi sualına belə cavab verib: 

"Biz buna çox açığıq. Bu mövzunu nəzərdən keçiririk. Bu variant masadadır, amma təsirlərini ölçüb-biçmək lazımdır. Biz bu sanksiyaların qlobal enerji bazarlarına və Amerika xalqının enerji ödənişlərinə təsirini minimuma endirmək istəyirik. Özümüzü yox, Rusiya Prezidenti Vladimir Putinlə rus iqtisadiyyatına ziyan vurmağa çalışırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31