Peskov Rusiya iqtisadiyyatının ciddi zərbə aldığını bildirib
2 Mart 2022 14:51 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir kİ, "Rusiya iqtisadiyyatı indi Qərbin yeni sanksiyalarına görə ciddi zərbə alır, amma təhlükəsizlik marjası var, biz ayaq üstə dayanacağıq"-deyə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. "Rusiya iqtisadiyyatı indi ciddi təzyiq altındadır, mən deyərdim ki, ciddi zərbədir. Təhlükəsizliyin həddi var, potensial var, planlar var. Güclü iş gedir. Biz ayaq üstə duracağıq". Onun sözlərinə görə, Rusiya Federasiyası əvvəlki böhranlar zamanı işsizliklə mübarizə təcrübəsi qazanıb.
D.Peskov Rusiya iqtisadiyyatında yeni xüsusi tədbirləri ona qarşı kənardan hərəkətlərin düşmənçilik xarakteri və risklərin minimuma endirilməsinin zəruriliyi ilə izah edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31