Almaniya Türkiyəni “yüksək riskli bölgələr” siyahısından çıxarıb
2 Mart 2022 14:25 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya COVID-19 epidemiyası səbəbilə "yüksək riskli bölgələr" elan etdiyi 62 ölkəni xaric etmək qərarına gəlib.
Almaniyada yoluxucu xəstəliklər sahəsində araşdırmalar aparan Robert Koch İnstitutu (RKİ) Səhiyyə, Xarici İşlər və Daxili İşlər nazirlikləri ilə birlikdə hazırladığı riskli bölgələrin siyahısını yeniləyib.
Yenilənməyə əsasən, sabahdan etibarən Türkiyə də daxil olmaqla 62 ölkə "yüksək risk zonası"ndan çıxarılıb.
RKI qərarının səbəbi kimi virusun Omicron variantının təhlükəli xəstəliyinə səbəb olma ehtimalının aşağı olmasını göstərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31