Çin Rusiya və Ukrayna arasında dialoqu təşviq etmək niyyətindədir

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin hakimiyyəti silahlı münaqişənin həlli üçün Rusiya və Ukrayna arasında dialoqa kömək edəcək. 

Bu barədə martın 2-də  Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.

"Biz Ukraynada gərginliyin azaldılması üçün konstruktiv rol oynamağa davam edəcəyik", - o, brifinqdə deyib: "Ümid edirik ki, maraqlı tərəflər dialoqu davam etdirəcək və danışıqlar aparacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31