Çin Ukraynadan daha 1700 vətəndaşını təxliyə edəcək
2 Mart 2022 11:17 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın ötən gün hücum etdiyi 600 çinli tələbənin Ukraynadan təxliyəsindən sonra Çin bu gün daha 1700 vətəndaşını ölkədən çıxaracaq.
Çinin Kiyevdəki səfirliyi və Odessa Baş Konsulluğundakı mənbələrə əsaslanan "Global Times" qəzetinin verdiyi açıqlamaya görə, Kiyevdən 900, Odessadan isə 800 vətəndaşın Moldova və Polşaya daşınması planlaşdırılır.
Vətəndaşların əksəriyyəti səfirlik əməkdaşları və Ukrayna polisinin müşayiəti ilə 32 avtobusla sərhədə aparılacaq. 100-ə yaxın vətəndaşın evakuasiya qatarları ilə qonşu ölkələrə aparılacağı gözlənilir.
Beləliklə, iki gün ərzində Ukraynadan təxliyə edilən Çin vətəndaşlarının sayı 2300-ə çatacaq.
Çinin Kiyevdəki səfirliyi dünən verdiyi açıqlamada Odessadan 400, Kiyevdən isə 200 çinli tələbənin quru yolu ilə Moldovaya aparıldığını açıqlayıb.
Səfirlik evakuasiya ilə bağlı xəbərdarlığında qeyd edib ki, qonşu ölkələr Moldova, Rumıniya, Slovakiya, Macarıstan və Polşa Çin vətəndaşlarının təxliyəsi üçün vizasız tranzit təmin edəcək.
Ukraynada yaşayan 6000-dən çox Çin vətəndaşı köçürülmə üçün müraciət edib.