79 yaşlı Baydendən daha bir tarixi yanlış: Ukraynalıları iranlılarla səhv saldı

ABŞ prezidenti Co Bayden son çıxışı zamanı qalmaqallı səhvə yol verib. Olaylar.az  bildirir ki, Rusiyanın Ukraynaya hücumları ilə bağlı açıqlamalar verən Bayden çıxışı zamanı "ukraynalılar" əvəzinə "iranlılar" deməsi  isə müzakirə obyektinə çevrilib. Belə ki, o, "Millətlərimiz arasında dərin əlaqələr quran Ukrayna əsilli amerikanlar, sizikləyik. Putin Kiyevi tanklarla mühasirəyə ala bilər, lakin o, heç vaxt İran xalqının qəlbini fəth etməyəcək", - deyə qeyd edib.

Ukraynanın Vaşinqtondakı səfiri Oksana Markarova da Baydenin çıxışını ölkə başçısının həyat yoldaşı Cil Baydenin yanında izləyib. Digər tərəfdən, Konqres üzvləri Ukrayna ilə həmrəylik əlaməti olaraq yaxalarına Ukrayna bayrağının rəngləri olan mavi və sarı lentlər taxıblar.

Xatırladaq ki, 79 yaşlı Co Bayden daha öncə də etdiyi səhvlərlə dünya mediasının gündəmində olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31