Avropa İttifaqı Rusiya banklarının SWIFT-dən çıxarılması barədə razılığa gəldi
2 Mart 2022 01:43 DünyaAvropa İttifaqının (Aİ) daimi nümayəndələri VTB, "Rossiya", "Otkritie", "Novikombank", "Promsvyazbank", "Sovcombank" və VEB.RF-ni SWIFT sistemindən ayırmağa razılaşıblar.
Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg" adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, "Sberbank" və "Qazprombank"ın siyahıda yer almadığı vurğulanır.
Bildirilib ki, bəzi ölkələr, o cümlədən Polşa siyahıya daha çox Rusiya maliyyə qurumlarının daxil edilməsində israr ediblər. Siyahıya hələ də düzəlişlər edilə biləcəyi qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31