Rusiya gəmilərinin İstanbuldan keçidi tələbini geri çəkdi
2 Mart 2022 01:35 DünyaRusiya Qara dəniz donanmasında qeydiyyatda olmayan bəzi gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsinə dair sorğunu geri götürüb.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında bildirib.
"Biz Rusiyanın Qara dəniz donanmasında qeydiyyatda olmayan bəzi gəmilərinin boğazlardan keçmək tələbini geri götürməsini istəyirdik, Moskva bununla razılaşdı", - Çavuşoğlu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31