ATƏT-in əməkdaşı Ukraynada öldürüldü

ATƏT-in Xüsusi Monitorinq Missiyasının müşahidəçisi Rusiya ilə müharibədə həlak olub.

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Mariya Mezentseva "Facebook" hesabında məlumat verib.

"Rusiyanın Ukraynaya qarşı müharibəsində ATƏT-in bir əməkdaşı həlak olub. O, 45 yaşlı qadındır", - deputat bildirib.

Bununla yanaşı, deputat bunun harada və hansı şəraitdə baş verdiyini açıqlamayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31