“Apple” şirkəti Rusiyadakı rəsmi internet mağazasında məhsullarının satışını dayandırıb
2 Mart 2022 01:11 Dünya"Apple" şirkəti Rusiyadakı rəsmi internet mağazasında məhsul almaq imkanını bloklayıb.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bütün məhsulların "çatdırılma" bölməsində "hazırda mövcud deyil" yazısı qeyd olunur.
Hazırda rəsmi internet saytında iPhone, iPad, MacBook, Apple Watch, AirPods və smart ev məhsullarını sifariş etmək mümkün deyil.
Fevralın 24-də ABŞ Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə əlaqədar Rusiya üçün Amerika texnologiyasından istifadə etməklə mikroelektronika, o cümlədən avionika və təyyarə hissələrinin ixracı üçün icazələrin alınması qaydalarını sərtləşdirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31