"Ölən hərbçilərin ailələri təzminat alacaq" - Kadırov

Çeçenistanın Ukraynada ölən hərbçilərinin ailələri 1 milyon, federal büdcədən də 1 milyon rubl (ümumilikdə təxminən 18,4 min dollar) təzminat alacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

Qeyd edək ki, bundan öncə Kadırov Ukraynada 2 çeçen əsgərinin ("kadırovçu"lar) öldüyünü, 6-nın yaralandığını bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31