Vladimir Zelenski və Almaniya kansleri arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

Olaylar.az xəbər verir ki, bu barədə Zelenski "Twitter" hesabında paylaşım edib.

"Sülh danışıqları zamanı Rusiyanın Ukrayna şəhərlərində yaşayış məhəllələrini atəşə tutmasından danışdım".

O, Ukrayna üzərində səmanı bağlamağın vacibliyini vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı işləri sürətləndirmək lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31