Terrorçu ilə fotosu olan deputatın toxunulmazlığı götürüldü
1 Mart 2022 23:15 DünyaPKK terrorçusu ilə fotoları olan HDP millət vəkili Semra Güzelin toxunulmazlığı götürülüb.
Olaylar.az TRT-yə istinadən xəbər verir ki, bu barədə TBMM Baş Assambleyasında səsvermə nəticəsində qərar verilib.
Ona qarşı toxunulmazlıq işlərinə əvvəlcə hazırlıq komissiyasında, sonra isə Birgə Komissiyada baxılıb.
Danışıqlardan sonra keçirilən səsvermədə komissiya Güzelin toxunulmazlığının götürülməsini tələb edib.
Bu qərarla S.Güzel silahlı terror təşkilatına üzv olmaqdan mühakimə oluna bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31